Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlandı

  • By admin
  • 24 Yanvar 2017 10:35
xarici
2016-cı ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 16031,6 milyon dollar təşkil edib.
Gununsesi.info  Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2016-cı ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 30190,3 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 7809,8 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki illə müqayisədə əmtəə dövriyyəsi 1,5 % artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 1,1 % azalıb. Bu dövr ərzində ticarət şəbəkəsində 15077,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15112,9 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb. 
Xarici ticarətə dövriyyəsinə gəldikdə isə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən bildirilir ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 16031,6 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8314,9 milyon dollarını və ya 51,9 % ölkədən ixrac olunmuş məhsulların, 7716,7 milyon dollarını (48,1 %) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 598,2 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 11% faiz, o cümlədən ixrac 13,1 %, idxal isə 8,0 % azalıb. 
Ticarət dövriyyəsinin 35,6 % Avropa İttifaqı ölkələrinin, 15,3% MDB üzvü ölkələrinin, 49,1 % isə digər ölkələrin payına düşüb. 
İdxalın ümumi dəyərinin 26,8 % Avropa İttifaqı ölkələrinin, 23,8 % MDB üzvü ölkələrinin, 49,4 % isə digər ölkələrin payına düşüb. 
İxracın ümumi dəyərinin 43,7 % Avropa İttifaqı ölkələrinin, 7,3 % MDB üzvü ölkələrinin, 49,0 % isə digər ölkələrin hesabına formalaşıb. 
2016-cı ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 17,8 % azalaraq 1117,7 milyon dollar təşkil edib.
2016-cı ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 % artaraq 494,3 manat təşkil edib. 
2016-cı ildə əvvəlki illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 % artaraq 45395,1 milyon manata çatıb. Gəlirlərin 76,3 % son istehlak xərclərinə, 8,4 % vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 % kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 12,4 % isə yığıma yönəldilib.
Gununsesi.info