“Azərbaycanın yanında olmağa davam edəcəyik”.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlaması zamanı bildirib.
Gülər Qafqazda sabitliyə böyük önəm verdiklərini bildirib:
“Biz regionda ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstəririk və “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaşımız Azərbaycanı dəstəkləməyə davam edirik. Necə ki, Qafqaz İslam ordusu bu gün 105 il əvvəl Bakını işğaldan xilas edərək qardaşlarının yanında olubsa, biz də eyni anlayışla Azərbaycanın yanında olmağa davam edəcəyik”, – deyə Gülər vurğulayıb.
Gununsesi.info