“Azərbaycanın yardımını heç vaxt unutmayacağıq” – Serbiyalı nazir

Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əlaqələrin qurulmasında iki dövlət başçısı arasında şəxsi münasibətlərin mühüm rolu var.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri Nikola Selakoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

HTML tutorial

Serbiyalı nazir pandemiya dövründə Azərbaycanın Serbiyaya humanitar yardımını xüsusilə qeyd edib: “Bu çətin günlərdə dost Azərbaycan Serbiyaya humanitar yardım etdi. Azərbaycanın Serbiyaya bu yardımını heç zaman unutmayacağıq. Bu, səmimi dostluğun bariz nümunəsi idi”.