Azərbaycanla AB arasında imzalanacaq sənədin detalları açıqlandı – Qarabağ konfliktində Azərbaycanı dəstəkləyirlər

  • By admin
  • 11 Dekabr 2019 14:10

Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənəd 400 səhifədən ibarətdir.

Gununsesi.org-un məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev mətbuat konfransında bildirib.

O deyib ki, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur.

F.Şəfiyev qeyd edib ki, sənəddə Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın mövqeyi dəstəklənir.

Mərkəz sədri əlavə edib ki, sənəddə geosiyasi məsələlər də öz əksini tapıb.

Həmçinin, söyləyib ki, sənəddə humanitar məsələlər də həllini tapıb.

“Avropa Birliyi də Azərbaycanla bu sazişin tezliklə imzalanmasını arzulayır”, – deyə F.Şəfiyev əlavə edib.

Gununsesi.org