Azərbaycanla ABŞ arasında imzalanan saziş təsdiq edildi

  • By admin
  • 02 İyun 2016 17:26

Ilham Aliyevv

 

 Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış sazişi təsdiq edib.

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu və “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış Protokolu təsdiq edib.