Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buradayıq.
Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Azərbaycanla ABŞ arasında yeni səhifələrin açıldığını vurğulayan Vens əlavə edib:
“Prezident Donald Tramp və Prezident İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək”.












