Azərbaycanla Aİ arasında vacib müzakirə

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders ilə keçirilən görüşdə Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR), məlumatların qorunması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Gununsesi.info xəbər verir ki, bunu Rəşad Nəbiyev Twitter hesabında yazıb.

HTML tutorial

Azərbayacanlı nazir Belçikanın Sənaye Müəssisələri Federasiyası – “Agoria”nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib. Belçikanın İKT, nəqliyyat və kosmik sahədə fəaliyyət göstərən şirkətlərinin qatıldığı tədbirdə Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən layihələr haqqında məlumat verilib, şirkətlərlə əməkdaşlıq perspektivləri müzakirə edilib.

R.Nəbiyev Belçika Baş nazirinin müavini, nəqliyyat naziri Georges Gilkinet və Belçikanın rəqəmsallaşma üzrə dövlət katibi Mathieu Michel ilə də görüşdə nəqliyyat və rəqəmsallaşma, eləcə də bu sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini də müzakirə edib.

Gununsesi.info