Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır - Malena Mard

  • By admin
  • 18 Aprel 2017 12:34

Malena Mard

Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında vizanın ləğvi ilə bağlı danışıqların aparılıb-aparılmamasına dair suala cavabında bildirib.

O, bildirib ki, danışıqların geniş gündəliyi var: “Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik”.

M. Mard həmçinin deyib ki, Aİ-Azərbaycan biznes forumuna hazırlıq gedir.

 

Onun sözlərinə görə, bu məqsədlə Aİ-nin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri gözlənilir:

“İyunun 8-də keçiriləcək forumda Azərbaycan və Aİ ölkələrinin 300-ə yaxın şirkətinin iştirakı edəcəyini gözləyirik. Biz biznesmenlərimizdən Azərbaycanda biznes mühiti barədə nə düşündüklərini öyrənə biləcəyik. Həmçinin Azərbaycanda islahatlara necə dəstək verə biləcəyimizi müəyyənləşdirməyi səbirsizliklə gözləyirik”.

Gununsesi.info