
AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.
Gununsesi.info xəbər verir ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik – bazar ertəsi – əlavə olunacaq.
Küveyt yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir.
Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Gununsesi.info