Azərbaycanla Çexiya arasında energetika sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

  • By admin
  • 20 Dekabr 2021 13:53

Azərbaycanla Çexiya arasında energetika sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

HTML tutorial

Fərmana əsasən, 2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Energetika Nazirliyinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çexiya hökumətinə bildiriş göndərmək tapşırılıb .

Gununsesi.info