
Dekabrın 19-da Bakıda Azərbaycan və Fransa regionları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Gununsesi.info İqtisadiyyat Nazirlyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Fransa XİN-in yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə milli komissiyasının baş katibi Bertran For imzalayıblar.
Anlaşma memorandumu iki ölkə arasında regionlararası əməkdaşlıq üzrə İdarəetmə Komitəsinin yaradılmasını nəzərdə tutur.
Ş.Mustafayev Azərbaycanın Fransa və onun ayrı-ayrı regionları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, iki ölkənin regionları arasında şərabçılıq sahəsində əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib
Gununsesi.info