Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub- FOTO

Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Gununsesi.info

COMMENTS