Azərbaycanla İran arasında media sahəsində əməkdaşlıq memorandum imzalanıb

  • By admin
  • 10 Noyabr 2016 14:38
ams-iran
 
Gununsesi.info xəbər verir ki, Azərbaycan Mətbuat Şurası (AMŞ)  ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd hazırda Tehranda səfərdə olan AMŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın Mədəniyyət və İslam İrşadı Nazirinin müavini Hossein Entezami imza atıblar.
On maddədən ibarət olan memorandumu imzalamaqla tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər.
 Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.
Mürtəza
 
Gununsesi.info