Azərbaycanla İran arasındakı dəmiryol körpüsü açılır

  • By admin
  • 23 Yanvar 2017 16:48
astara
Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) dəmiryol körpüsünün rəsmi açılışı olacaq.
Bu barədə Gununsesi.info-ya  İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Körpünün tikintisi ilə bağlı işlər yekunlaşıb, Hazırda sadəcə son tamamlama işləri görülür. Fevral ayında Astara-Astara  dəmiryol köpüsünün   rəsmi açılışı planlaşdırlır. Rəsmi açılışda Azərbaycanın və İranın yüksəksəviyyəli nümayəndə heyətinin iştirakı  nəzərdə tutulur. Açılışda hər iki ölkə rəhbərinin də iştirakı istisna edilmir.
Azərbaycan-İran arasında dəmiryolunun tikintisinə 2016-ci ildə start verilib və dəmiryol xətti İran sərhəddinədək tikilib. Azərbaycan tərəfi bununla yanaşı  Astara çayı üzərində qatar və avtomobilin hərəkəti üçün 80 metr uzunluğunda iki körpü tikib. Bunlarla yanaşı, Azəebaycan İran Astarasında  5 milyon ton tutumu olan yük terminalının inşasını tikir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
 
Mürtəza
Gununsesi.info