Milli Məclisin (MM) aprelin 7-də keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Gununsesi.info xəbər verir ki, qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Komitə sədri qeyd edib ki, sənəd iki ölkə arasında ticarət və maliyyə dövriyyəsinin həcminin artmasına və vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək: “Qanun layihəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisini əhatə edir”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
KAMİL
Gununsesi.info