Putin: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

  • By Mina
  • 22 Aprel 2024 17:05

“Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir”.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdədir.

Gununsesi.info