Latviya milli komandasının daha 2 futbolçusu Azərbaycan yığmasına qarşı yoldaşlıq görüşündə çıxış etməyəcək.
Gununsesi.info-nun məlumatına görə, Çexiyanın “Vısoçina” və Polşanın “Termalitsa” klublarının hücumçuları Davis İkaunyek və Vladislav Qutkovski zədə ilə əlaqədar heyətdən kənarlaşdırılıblar.
Tibbi müayinədən sonra risk edilməməsi qərara alınıb və oyunçulara evlərində fərdi proqram üzrə hazırlaşmaq imkanı yaradılıb. Əvəzində U-21 yığmasından hücumçu Robert Uldrikis (RFS) əsas komandaya qoşulub.
Daha əvvəl RFS-in müdafiəçisi Vyaçeslav İsayev heyətdən çıxarılıb, Dmitri Xmız (“Liepaya”), Aleksey Vişnyakov (“Spartak” Yurmala) və Vitali Reçitski (“Ventspils”) yığmaya cəlb olunub. Beləliklə, hazırda Latviya yığmasında 24 futbolçu yer alıb:
Qapıçılar: Andris Vanin (“Sürix”, İsveçrə), Kaspar İksten (RFS), Yevgeni Neruqal (“Spartak” Yurmala)
Müdafiəçilər: Vitali Maksimenko (“Termalitsa”, Polşa), Vladislav Qabov (“Riqa”), İqor Tarasov (“Şlyonsk”, Polşa), Kaspar Dubra (RFS), Vitali Yaqodinski (“Politexnika, Rumıniya), Gints Freymanis (“Spartak” Yurmala, Latviya), Robert Savalnyek (RFS), Martsis Oşs (“Spartak” Yurmala), Rayvis Andris Jurkovski (“Liepaya”)
Yarımmüdafiəçilər: Aleksey Vişnyakov (“Spartak” Yurmala), Aleksandr Fertov (RFS), Ritvar Ruqin (“Ventspils”), Yanis İkaunyek (“Liepaya”), Qleb Klyuşkin (RFS), Vladimir Kameş (“Yenisey”, Rusiya), Kristian Torres (“Liepaya”), Dmitri Xmız (“Liepaya”), Vitali Reçitski (“Ventspils”)
Hücumçular: Valeri Şabala (Podbeskidze”, Polşa), Artur Karaşauskas (“Liepaya”), Robert Uldrikis (RFS)
Qeyd edək ki, hazırda Baltika Kubokunda çıxış edən Latviya yığması ötən gün Estoniyaya qalib gəlib – 1:0. Yeganə qolu 70-ci dəqiqədə Yanis İkaunyek vurub. Turnirdə növbəti görüş iyunun 5-də Litvaya qarşı olacaq. İyunun 9-da isə Latviya Riqadakı “Dauqava” stadionunda Azərbaycanla qarşılaşacaq.
Gununsesi.info