“Azərbaycanla parlament əlaqələri qurmağa hazırıq” -Paşinyan

Ermənistan Azərbaycanla parlament əlaqələri qurmağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

HTML tutorial

N.Paşinyan ölkə parlamentində çıxışı zamanı qeyd edib ki, bunun üçün ilk növbədə kəskin humanitar məsələlər həll olunmalıdır.

“Bizim parlamentlərarası əlaqələr ideyasına müsbət münasibətimiz var… Xüsusən də bu baxımdan humanitar məsələlərin həlli və ya ən azı çox ciddi və əhəmiyyətli irəliləyişlərin olması vacibdir, çünki humanitar məsələlər ortaya çıxanda məhkumlarla bağlı problemlər yaranır. Bütün səviyyələrdə olan nümayəndələrimiz üçün gedib parlament məsələlərini müzakirə etmək çox çətindir”, – deyə TASS onun sözlərindən sitat gətirib.

Gununsesi.info