“Azərbaycanla Qazaxıstanı tarixi dostluq telləri birləşdirir” - SƏFİR

  • By admin
  • 29 Noyabr 2019 20:57

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla əməkdaşlığı gücləndirərək daha da dərinləşdirməkdə davam edir.

Gununsesi.org xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov Qazaxıstanın Birinci Prezidenti Günü münasibətilə keçirilən tədbir zamanı bildirib.

“Azərbaycanla Qazaxıstanı tarixi dostluq telləri birləşdirir. Dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Ölkələrimiz arasında bərqərar olan strateji tərəfdaşlıq əlaqələrinin əsasını Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev qoyublar”, – deyən diplomat hazırkı prezident Kasım-Jomart Tokayevin də Azərbaycanla əməkdaşlığı gücləndirərək genişləndirməklə çoxşaxəli xarici siyasəti davam etdirdiyini dilə gətirib: “Siyasi, iqtisadi-ticari, nəqliyyat və logistika, kənd təsərrüfatı sahələrindəki əməkdaşlığımız ildən-ilə daha da genişlənir”.

Qazaxıstanda Birinci Prezident Gününün 2012-ci ildən mütəmadi qeyd olunduğunu xatırladan səfir bununla da Qazaxıstan xalqının ölkənin və millətin atası adlandırdığı Nursultan Nazarbayevə minnətdarlığını ifadə etdiyini qeyd edib.

“Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar ölkəmizi sabitlik və tərəqqi yoluna çıxardı”, – deyən səfir islahatlar sayəsində Qazaxıstanın dünya miqyasında mühüm oyunçulardan birinə çevrildiyini söyləyib: “Bu gün Qazaxıstan dünya əhəmiyyətli huba çevrilib. Dünyada Avrasiya İqtisadi Şurası və Türk Şurası kimi təşkilatların təşəbbüskarı kimi tanınan Nursultan Nazarbayev həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının, MDB və bəzi başqa qurumların əsasını qoyanlardan olub. Qazaxıstan nüvəsiz dünya uğrunda ümumdünya hərəkatının lideridir. Həmçinin Suriya böhranında da qərəzsiz tərəfdaşlıq edirik”.

 

Gununsesi.org