Azərbaycanla təmasların həyata keçirildiyi kanallar var. Baxdığımız layihənin (sülh müqaviləsi) 11-ci variantını bu yaxınlarda Bakıdan aldıq.
Gununsesi.info xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Sülh müqaviləsi layihəsi haqqında danışan nazir müavini bildirib ki, hələ də tərəflərin fikir müxtəlifliyi olduğu məsələlər var, lakin biz bu fikirləri bir araya gətirmək imkanını görürük.