Azərbaycanla Tacikistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

  • By admin
  • 31 Yanvar 2018 14:54

Azərbaycanın Tacikistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Nemətulla Hikmətullazadə ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə trend-ə Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, görüş zamanı ölkələr arasında iqtisadi münasibətlərin inkişafı, eyni zamanda, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran müxtəlif sahələri ilə bağlı müzakirələr aparılıb.

Qeyd olunur ki, tərəflər həmçinin, investisiyaların cəlb olunması, müştərək müəssisələrin yaradılması, Düşənbə-Bakı birbaşa aviareysinin bərpası, turizm sahəsində əməkdaşlıqla bağlı fikir mübqadiləsi aparıb.

Görüşdə ölkələr arasında gələcəkdə çoxtərəfli əməkdaşlığın səmərəli inkişaf edəcəyi vurğulanıb.

Gununsesi.info