Azərbaycanla Türkiyə arasında iqtisadi sənəd imzalandı

  • By admin
  • 27 May 2022 21:37

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

Gununsesi.info xəbər verir ki, nazir bu barədə Twitter hesabında yazıb.

M.Cabbarov bildirib ki, görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıqlar aparılıb.

Bundan başqa, görüş çərçivəsində tərəflər arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzalanıb.

Gununsesi.info