“Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb” - ŞAHİN MUSTAFAYEV

  • By admin
  • 16 Sentyabr 2019 20:51

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 33% artaraq 2,3 mlrd. ABŞ dollarına çatıb.

Gununsesi.org-un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

HTML tutorial

Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 28% artıb və bu göstərici 3,4 mlrd. dolları ötmüşdü.

“Türkiyə Azərbaycanın ikinci ən əsas ticarət tərəfdaşıdır. Hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaq, onun strukturunu şaxələndirməkdən ibarətdir”, – deyə nazir bildirib.

 

Gununsesi.org