Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib - FEDERİKA MOGERİNİ

  • By admin
  • 20 Dekabr 2017 18:30

“Azərbaycanla Avropa İttifaqıarasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən sonra çox şey dəyişib”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında bildirib.

O deyib ki, yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib: “Gənc insanların görüşməsi, səfər etməsi, biznesin inkişaf imkanları, insan haqlarının müdafiəsi, enerji sahəsində əməkdaşlığın güclənməsi üçün birlikdə daha çox imkanların axtarışında olacağıq”.

Gununsesi.info