Azərbaycanlı ailəyə məxsus məşhur “Damirli” brendi məşhurların əynində –FOTOLAR

Ukraynada azərbaycanlı ailənin yaratdığı “Damirli” geyim şirkətinin məhsullarından artıq ABŞ-ın məşhurları da istifadə edir. 

Gununsesi.info bildirir ki, ABŞ-da ənənəvi Qremmi mükafatının  qaliblərdən olan Teron Tomas təqdimat mərasiminə “Damirli” şirkətinin geyimində gəlib.

“The War and Treaty” qrupunun ifaçısı Maykl Trotter də qala gecəsi üçün “Damirli”nin parlaq açıq-yaşıl kostyum və uyğun atlas köynəyi seçib.

Xatırldaq ki, “Damirli” şirkəti Ukraynada məşhurdur. Brendin yaradıcısı olan Elvira Həsənovanın dizayn geyimlərindən Prezident Zelenski, Britaniyanın sabiq Baş naziri Boris Conson və digər məşhurlar da istifadə edib.

Ukrayna Prezidenti Vladimir Zelenski müstəqilliyinin elan edilməsinin 32-ci ildönümü münasibətilə Ukrayna xalqına müraciəti zamanı  “Damirli” şirkətinin dizaynı olan xaki naxışlı köynək geyinib.

“Damirli” brendinin yaradıcısı olan dizayenr Elvira Həsənova bununla bağlı paylaşımında ölkəsi və prezidenti ilə fəxr etdiyini yazıb.