Azərbaycanlı aktrisanı zorlayan rejissoru iyirmi il həbs gözləyir – FOTO

  • By admin
  • 16 Aprel 2018 12:33

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva onu zorladığını iddia etdiyi müəllimi, məşhur rejissor Mark Razovskiyə qarşı iddia qaldırıb.

Gununsesi.info xəbər verir ki, Fatimə 81 yaşlı rejissoru məhkəməyə verməsi barədə “Instagram” hesabında məlumat verib:

“12 vəkillik kontorundan və 12 ildən sonra Razovskini məhkəməyə verdim. RF Cinayət Məcəlləsinin 131 və 133-cü maddələri ilə iddia qaldırılıb.

Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Qeyd edək ki, Fatimə əvvəl teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını “Rossiya 1” telekanalında Moloxovun proqramında qonaq olarkən bildirmişdi. (oxu.az)

Gununsesi.info