Azərbaycanlı aktyor Türkiyədə belə güllələndi - VİDEO

Ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident baş verib. Hadisə nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb.

Yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub.

Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə mətbuatı azərbaycanlı aktyorun güllələnmə anının videosunu yayıb.

Gununsesi.info