Azərbaycanlı aktyorlar səhnəyə “pampers”də çıxdı - Təzyiqlər başladı + Fotolar

  • By admin
  • 19 Sentyabr 2016 11:37

pampersdeee

ADO teatrının yeni təqdim etdiyi “GOTT və ya Cənnətin işğalı” adlı tamaşası sənət adamları arasında böyük narazılığa səbəb olub.

HTML tutorial

Gununsesi.info aznews.az istinadən xəbər verir ki, narazılığa səbəb teatrın aktyorlarının səhnəyə “pampers”də çıxması olub.
Teatrın bədii rəhbəri Elmin Bədəlov bildirib ki, tamaşa ilə əlaqədar kollektivə təzyiqlər başlayıb: “Amma biz qorxmuruq. İncəsənətlə məşğul olan adam qorxmamalıdır. Hələlik döyülən olmayıb. Amma belə getsə hər şey mümkündür. Ən dəhşətlisi odur ki, mübahisə sənət adamları arasında yaranıb. Onlar deyir ki, guya bu, sənət deyil”.
Qeyd edək ki, tamaşadakı rolları isə Ceyhun Zabitli, Qadir Əsədov, Elza Furtado və Kamal Aken canlandıracaq. Qeyd üsək ki, tamaşanın müəllifi və rejissoru teatrın təsisçi və rəhbəri Elmin Bədəlovdur.

pampersdeuyr

Gununsesi.info