“Azərbaycanlı alimlərlə iş birliyi etmək fikrim yoxdur”

  • By admin
  • 06 Dekabr 2021 13:41

“Azərbaycanlı elm adamları ilə iş birliyi etmək fikrim yoxdur. 10 nəfərlik laboratoriyam var, hazırda orada çalışıram”.

Gununsesi.info xəbər verir ki, bu barədə Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Bakıda keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, əgər onunla çalışmaq istəyən azərbaycanlılar olsa, sevə-sevə qəbul edər:

“Çox şeyə əl atsanız, heç nə əldə edə bilmərsiz. Mən başqa laboratoriya ilə çalışa bilmərəm. Azərbaycandan mənimlə işləyən bir şəxs var. İki il ərzində iki məqalə çap edib. Bu görünən iş deyil, bir məqalə ən azı 5 il ərzində hazırlanır. Əgər azərbaycanlı uşaqlar gəlsələr, sevə-sevə onları öz yanıma alaram. Əgər 40 yaşım olsaydı, bəlkə də, çalışa bilərdim, amma indi çalışa bilmərəm”.

Dünya şöhrətli alim, həmçinin Azərbaycandan iş təklifi gəlsə, qəbul edərmi sualını belə cavablandırıb:

“Türkiyənin dövlət rəsmiləri ilə görüşdüm. Bilirik ki, dünya çapında bir laboratoriya yaratmaq 5-10 il zaman alır. Nobel mükafatını alanda mən 70 yaşında idim. Türkiyədə laborotoriya qursam, 80 yaşında olardım. 80 yaşında isə mən onu idarə edəcək vəziyyətdə olmaram. Artıq Amerikada düzənimiz var, onu Türkiyəyə daşımaq mümkün deyil”.

Gununsesi.info