Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə evləndi

ABŞ-yə köçən və orada çalışan azərbaycanlı jurnalist Natiq Atakişiyev (Nailəoğlu) evlənib.

Gununsesi.info xəbər verir ki, o, telejurnalist Endryu Kordner adlı bəylə nikaha girib. Natiq fevralın 15-də evlənsə də, məlumatı bu gün açıqlayıb.

Qeyd edək ki, Natiq Atakişiyev uzun müddət Azərbaycanda televiziyada çalışıb. Bir müddət öncə ABŞ-a müxbir kimi ezam olunub. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi fəaliyyət göstərir.