Azərbaycanlı aparıcı Rusiyaya gəlin köçdü - FOTOLAR

  • By admin
  • 18 Mart 2018 21:00

“Xəzər” TV-nin məşhur xəbər aparıcısı Vüsalə Nürəddin qızı İbrahimova işdən çıxıb.

Gununsesi.info-nun məlumatına görə, aparıcının bu sahəyə vida etməsinə səbəb qohumu ilə evlənməsidir.

Rusiyaya gəlin köçən Vüsalənin 4 mart tarixində qız toyu, ötən gün isə Moskvada oğlan toyu baş tutub.

O, Fərid adlı bəylə ailə həyatı qurub.

Qeyd edək ki, aparıcı bundan sonra Rusiyada yaşayacaq.