Azərbaycanlı çempion faciəvi şəkildə öldü - FOTOLAR

  • By admin
  • 29 İyun 2017 10:18

1498718679-1419

Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Gununsesi.info BakuPost.az-a istinadən xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

Faktla bağlı araşdırma aparılır.



Gununsesi.info