Azərbaycanlı çempion ürəktutmadan öldü

Azərbaycanlı boksçu ürəktutmadan dünyasını dəyişib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qazaxıstanda yaşayan azərbaycanlı kiq-boks, boks və qaydasız döyüşlə məşğul olmuş və dəfələrlə Qazaxıstan çempionu olmuş idmançı Nurlan Dəmirçi vəfat edib.

HTML tutorial

1993-cü il təvəllüdlü Dəmirçi martın 23-də ürəktutmadan ölüb. O, bu gün doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.

Gununsesi.info