Misir xarici vətəndaşların olduğu “Sea Shark” yük gəmisini azad etməyə tələsmir.
Gununsesi.org xəbər verir ki, ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılan tankerin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşıdır
Ümumiyyətlə gəmi ekipajı 31 nəfərdən ibarətdir. Onlardan 17 nəfər ukraynalıdır. Bu amil Ukrayna hökumətini Misirdəki səfirliyi vasitəsi ilə ölkənin Xarici İşlər Nazirliyinə nota vermək məcburiyyətində qoyub.
Gəminin ekipaj üzvləri faktiki girov götürülüb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edir. Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.