Azərbaycanlı deputat Fransada kompleks tikdirir

  • By admin
  • 08 Sentyabr 2024 00:14

“Növbəti dəfə deputat “seçilmiş” Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir”.

 

Gununsesi.info xəbər verir ki, bunu Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli yazıb.

Jurnalistin araşdırmasına görə, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.

 

Qeyd edək ki, Hicran Hüseynova uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olub.

Elmar

Gununsesi.info