Azərbaycanlı deputat: “Gürcüstanın çiçəklənməsi üçün əlimdən gələni edəcəyəm”

  • By admin
  • 11 Oktyabr 2016 16:08

ruslan

“Uzun müddətdir ki, dövlətimin, vətəndaşların, xalqımın xidmətində olmuşam, bir çox dövlət və qeyri dövlət müəssisələrdə çalışmışam, hər zaman vəzifəmin məsuliyyətini hiss edərək işləməyə can atmışam. Vicdanımı dinləmişəm, hər mənə müraciət edən insan üçün yararlı olmağa çalışmışam, dövlətimə və xalqıma sadiq olmuşam”.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, bunu son seçkilərdə Gürcüstan parlamentinə seçilən və “Gürcü arzusu” Partiyasından olan azərbaycanlı millət vəkili Ruslan Hacıyev öz “Facebook” statusunda yazıb.

“Seçkilərdə namizədliyim partiyamız tərəfindən irəli sürüldü, mənə olan bu etimad, inam ilk öncə dövlətimiz tərəfindən gəldi. Namizədliyim Marneulinin kəndlərindən verildi. Seçkiöncəsi görüşlərdə maksimum şəkildə çalışdıq hamınızla görüşək, sizi dinləyək, tanıyaq və özümüzü tanıdaq. Mən hər bir görüş zamanı sizə bir söz verdim- 4 ildən sonra mən seçicilərimin qarşısına alnı açıq çıxacağıma dair söz verdim”- deyə, qeyd edən deputat seçkilərdə ona  səs verdiyinə, inandığına, etibar etdiyinə görə seçicilərinə dərin minnətdarlığını bildirib.

“Sizin hər birinizin səsiniz mənim üzərimə götürdüyüm məsuliyyət yükünün göstəricisidir. 56,13% (11463 səs) çoxluğu ilə parlamentin üzvü statusunu qazandım, sizin sayənizdə. Səsim-səsiniz olacaqdır! Sizin səsinizi ölkənin qanunverici orqanında və yüksək tribunalarda çatdıracağam, problemlərin həlli istiqamətində əlimdən gələni edəcəyəm, dövlətimizin həyata keçirdiyi layihələrin regionumuda da sürətli gerçəkləşməsi üçün çalışaacağam, hər biriniz üçün əlçatan deputat olacağıma söz verirəm. Mən, tək mənə səs verən seçicilərimin deyil, hər bir Gürcüstan vətəndaşının deputatı olacağam. Gürcüstanımızın uğuru və çiçəklənməsi üçün əlimdən gələni edəcəyəm. Allahın izni ilə sizə layıq deputat olmaq üçün var gücümlə çalışacağıma söz verirəm!”-deyə, o, daha sonra yazıb.

K. HƏMİDOV

Gununsesi.info