Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.
Çoxistiqamətli sanator kompleks mədə-bağırsaq traktı, nəfəs orqanları, ürək-damar və dəri xəstəlikləri, şəkərli diabet, cinsiyyat orqanlarının xəstəliyi və uroloji patologiya xəstəliklərinin müalicəsi və profilaktikası, o cümlədən cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya müalicəsində ixtisaslaşır.
“İstoçnik” sanatoriyası son bir neçə ildə Qafqaz Mineral Sularında istifadəyə verilən ən iri kurort obyektidir.
Polad Bül-Bül oğlunun sözlərinə görə, yeni sanatoriya ən müasir standartlara cavab verir.
Layihənin sərmayəçisi Əsabil Qasımov Milli Məclisin deputatıdır. (Anspress)