Azərbaycanlı deputatdan erməni deputatların iddiasına SƏRT REAKSİYA

  • By admin
  • 29 İyun 2021 12:38

Bu gün Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının video konfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb.

Gununsesi.info xəbər verir ki, “Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan tədbir NATO PA-nın prezidenti Cerald Edvard Konollinin moderatorluğu ilə keçirilib.

Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlardan və imkanlardan bəhs edib, regionda sülhün və təhlükəsizliyin təmini, faydalı əməkdaşlığın və iqtisadi inkişafın davamlılığı üçün görülməli işlərdən söz açıb.

Bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanda və xaricdə olan revanşist qüvvələrə qarşı ciddi tədbirlər görməli, regionda kommunikasiya yollarının təxirəsalınmadan açılması, işğaldan azad olunmuş bütün ərazilərin minalanma xəritələrinin qısa müddətdə Azərbaycana təhvil verilməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyasının aparılması işlərini dəstəkləməlidir. Qeyd edib ki, bütün bölgə xalqlarının da mənafeyinə və rifahına uyğun olan bu tədbirlər Ermənistanı da iqtisadi tənəzzüldən qurtarar, xalqlar arasında etimad mühiti yaradar.

 

Deputat Kamran Bayramovisə çıxışında Ermənistan nümayəndələrinin Azərbaycana qarşı irəli sürdükləri iddialara cavab verib. O, Ermənistan tərəfindən səsləndirilən ermənilərin “suveren” ərazisinin işğalı, azad olunmuş ərazilərdə erməni abidələrinin dağıdılması ittihamlarını rədd edib.

Azərbaycanda guya ermənilərə nifrətin olması iddiasına cavabında isə bildirib ki, bu gün Azərbaycanda 30 minə yaxın erməninin yaşaması, Ermənistanda isə bir nəfər də olsun azərbaycanlının yaşamaması hansı dövlətin nifrət siyasətini həyata keçirdiyini göstərir.

Avropalı ekspert Tomas de Vaala verilən cavabda isə bildirilib ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib, müvafiq sənədlər qəbul olunub. Təkcə BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilsə də, onlaricra olunmayıb, lakin uzun illər sonra Azərbaycan bu qətnamələrin icrasını özü təmin edib. Bununla da NATO Parlament Assambleyasınınvideokonfrans formatında keçirilən Rouz-Rout seminarı başa çatıb.

Gununsesi.info