Deputatın ofisində axtarış aparıldı

  • By admin
  • 08 Avqust 2016 16:49

 sayad

Sank-Peterburq İstintaq Komitəsi Qanunverici Məclisin azərbaycanlı deputatı Sayad Əliyevin ofisində axtarış aparıb.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, axtarış daha əvvəl tərəvəz bazasında yerləşən mütəşəkkil etnik qruplaşma ilə bağlı açılan cinayət işi çərçivəsində aparılıb.

Xatırladaq ki, iyunun 20-si Sank-Peterburqda tərəvəz bazasında atışma baş vermişdi. 27 yaşlı Emil Hüseynov həmyerlisi 43 yaşlı azərbaycanlını qətlə yetirmişdi.

 

Gununsesi.info