Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Mahir Aslanov, İqbal Məmmədov, Elçin Quliyev Çexiya Parlamentinin Kənd Təsərrüfatı Komitəsinin sədri Yaroslav Faltinekin dəvəti ilə martın 23-dən 26-dək Çexiyanın paytaxtı Praqaya səfərə gedəcəklər.
Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, səfər zamanı deputatlar Çexiya Parlamentinin rəhbərliyi, Aqrar komitənin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə kənd təsərrüfatı sahəsinin qanunverilicik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq, habelə əməkdaşlıq əlaqələrinin inkişafı barədə danışılacaq.
Millət vəkilləri, həmçinin Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müxtəlif şirkətlərinin, o cümlədən “AGROFERT” konserninin fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olacaqlar.
Gununsesi.info