Azərbaycanlı diplomatlar Lvova köçürüldü

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Gununsesi.info bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

HTML tutorial

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı “Qaynar xətt” nömrələri ilə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43

Gununsesi.info