
Çexiya 2-ci divizionunda 23-ci turun oyunları keçirilib.
Gununsesi.info xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib.
Bu nəticədən sonra 36 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.
Gununsesi.info