Azərbaycanlı futbolçu həbs edildi- İRAN VƏTƏNDAŞINI QARƏT ETDİYİ ÜÇÜN

Azərbaycanlı futbolçu həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Abşeron rayon sakinləri Orxan Atayev, Miqdar Məmmədov və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin hökmü ilə ilə M.Məhərrəmov və Orxan Atayevə 8 il cəza verilib.

Ev dustaqlığında olan Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov 17 yaşlardan ibarət milli futbol komandasının üzvü olub.

İttihama görə, təqsirləndirilən şəxslər kafedə oturub yeyib-içdikdən sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içdikdən sonra hesabın 750 manat edib. İran vətəndaşı hesabı ödəməkdən imtina edib.

Təqsirləndirilən şəxslər İran vətəndaşı Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.

Gununsesi.info

COMMENTS