Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırıb

  • By ilhame
  • 17 Sentyabr 2023 22:50

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə klubu “Tuzlaspor”a qələbə qazandırıb.

Gununsesi.info-nun məlumatına görə, müdafiəçi I Liqanın V turunda “Adanaspor”la görüşdə fərqlənərək, buna nail olub.

90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib – 2:1.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Gununsesi.info