Azərbaycanlı futbolçu VƏFAT ETDİ

“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl məşqinin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.

HTML tutorial

Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.

Gununsesi.info