Azərbaycanlı gənc ”O səs Türkiyə” münsifləri heyran etdi

  • By admin
  • 23 Oktyabr 2016 10:00
genc
“O səs Türkiyə”də daha bir azərbaycanlı yarışmaçı səhnəyə çıxıb.  Gununsesi.info-nun xəbərinə görə,  Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısını səsləndirib. O, ifasıyla münsiflərin dördünü də özünə tərəf döndərib.
Z.Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun solistidir. Münsiflər çıxışıyla hər kəsi heyran edən Zülfünü komandalarına cəlb etmək üçün müxtəlif vədlər veriblər. O, sonda Gökhan və Hakan qardaşlarını seçib.
https://www.youtube.com/watch?v=gMSuqQPYEcY