Azərbaycanlı gənc Rusiyada partlayışda öldü

Azərbaycan vətəndaşı Rusiyada baş verən qaz partlayışı nəticəsində ölüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə İnquşetiya Respublikasında qeydə alınıb.

HTML tutorial

Belə ki, Qəbələ rayonunun Məmmədağalı kənd sakini, 27 yaşlı İnqilab Nizami oğlu Yaralıyev qaz sızmasından baş verən partlayışda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Yaralıyev İnquşetiyada mövsümi işlərlə məşğul olurdu.

Gununsesi.info