“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində maraqlı anlar yaşanıb.
Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, bu dəfə proqramın iştirakçıları deyil, tamaşaçılarından bir nəfər nişanlısına sürpriz edib.
Əslən Azərbaycandan olan və İstanbulda yaşayan Elvin adlı bəy nişanlısı Gülaya evlilik təklifi edib. O, qabaqcadan maraqlı səhnə hazırladıb. Belə ki, həm tamaşaçılar, həm də iştirakçılar əllərində ürək formalı şarlarla Elvinə dəstək olublar. O, Gülayın başına fata və tac qoyaraq, ona üzük verib və evlənmə təklifi edib.
Gördüklərindən şoka düşən Gülay “Hə” cavabı verib. Maraqlısı odur ki, azərbaycanlı gənc 7 aydır nişanlı olduğu xanımına müxtəlif dillərdə “Səni sevirəm” deyib. Sonda cütlük rəqs edib.
Gununsesi.info