Moskvanın Lyublino bölgəsində 25 yaşlı gənc qətlə yetirilib.
Gununsesi.info xəbər verir ki, hadisə parklanma səbəbindən düşən dava zamanı törədilib.
“RİA Novosti” qətli törətməkdə şübhəli bilinən şəxsin Azərbaycan vətəndaşı olduğunu yazıb. Onun Moskvada qanunsuz yaşadığı iddia edilir.
“SHOT” teleqram kanalı isə qətlin 21 yaşlı Şahin Abbasov tərəfindən törədildiyini bildirib. Qətlə yetirilən şəxs isə 25 yaşlı Kirill Kovalyovdur.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs dava zamanı zərərçəkən şəxsi qarın nahiyəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.
Hazırda faktla bağlı araşdırma aparılır.