Azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı

  • By Admin2
  • 17 Aprel 2026 15:08

Azərbaycanlı hakim İmran Məhərrəmov amputant futbolu üzrə Avropa Liqasına təyinat alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Amputant Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Təmsilçimizlə yanaşı, daha 7 referi turnirdə söz sahibi olacaq.

Avropa Liqası aprelin 23-dən 25-dək Türkiyənin Ankara şəhərində keçiriləcək.

Gununsesi.info